Məktəbliləri öldürən qatilin atası: “Hədəf al, sonra vur” – Video

Məktəbliləri öldürən qatilin atası: “Hədəf al, sonra vur” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə 11 nəfərin ölümünə səbəb olan 14 yaşlı İsa Aras Mərsinlinin silahdan istifadəni necə öyrəndiyini əks etdirən görüntülər yayılıb.

Tribuna.az xəbər verir ki, hadisədən 2 gün öncə o, atası ilə atış poliqonunda silahdan istifadəni öyrənib. Məlumata görə, atış vaxtı polis məmuru olan ata oğluna “necə gəldi istifadə etmə, hədəf al, sonra vur” deyə məsləhətlər verib.
İsa Aras Mərsinlinin müəllimlərin verdiyi məlumata görə, o özünəqapanıq, heç kəslə dostluq etməyən, problemli uşaq olub.

Qeyd edək ki, 14 yaşlı İsa Aras Mersinli özünün də təksil aldığı məktəbə girərək 5-6-cı sinif şagirdlərinə hücum edib və nəticədə 10-u məktəbli olmaqla 11 nəfəri qətlə yetirib.

Gülşən Rəsul