Macarıstanın xarici işlər naziri Peter Siyyarto seçkilərdən sonra “itkin düşməsi” ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.
Tribuna.az xəbər verir ki, hökumətin əsas simalarından biri sayılan Siyyarto bazar günü keçirilən seçki tədbirində görünməyib və Fidesz partiyasının səhnəsində, baş nazir Viktor Orbanın arxasında yer almayıb. Bu isə sosial şəbəkələrdə müxtəlif iddiaların yayılmasına səbəb olub.
Nazir həmin günlərdə sosial şəbəkələrdə də heç bir paylaşım etməyib, yalnız profil örtüyünü Macarıstan bayrağı ilə dəyişib.
Lakin sonradan məlum olub ki, Siyyarto nə yoxa çıxıb, nə də hər hansı fövqəladə vəziyyətlə üzləşib – o, sadəcə idmanla məşğul olub və qaçış edirmiş.
Eyni zamanda, yeni siyasi fiqur Peter Maqyar mətbuat konfransı zamanı sensasion iddia ilə çıxış edib. Onun sözlərinə görə, Siyyarto həmkarları ilə birlikdə sanksiyalarla bağlı sənədləri məhv edirmiş.










