DGK bir ədəd qaz sayğacı və xəttin çəkilməsi üçün 58 min manat təklif edib

DGK bir ədəd qaz sayğacı və xəttin çəkilməsi üçün 58 min manat təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) neft və qaz kommunal xidmətlərinin satın alınması məqsədi ilə tender elan edib.

Tribuna.az xəbər verir ki, lakin keçirilən tenderin nəticəsi ləğv olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin açıqlamasına görə, Dövlət Gömrük Komitəsi tərəfindən “proqram yamaqları və ya təkmilləşdirmələri xidmətinin” və “neft və qaz kommunal xidmətlərinin” satın alınması üzrə keçirilmiş açıq tenderlərin ləğv edilməsinə dair satınalma komissiyasının qərarına əsasən qurum “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsini pozub.

Qeyd edək ki, DGK bu məqsədlə 58 min 938 manat vəsait xərcləməyi planlaşdırıb.

Məlumatlardan belə görünür ki, komitə bu qədər pulu 1 ədəd sayğaın quraşdırılması və qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutub.

Fərda Uğur