Hazırda bizim məktəblilər arasında da bu kimi sosial oyunları oynayanların olduğu qeyd olunur. Buna valideynlər xüsusi həssaslıq göstərməli, azyaşlıların mənfi aludəçilikdən uzaqlaşdırmağa səy göstərməlidir.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev Türkiyənin Şanlıurfa və Kahramanmaraşda məktəblərdə baş verən silahlı hücumla bağlı danışarkən deyib. Ekspert bildirib ki, hazırda insan psixologiyasında öldürmək, partlatmaq və s kimi oyunlara maraq şagirdlər arasında sürətlə yayılır:
“Əziz valideynlər, bu məsələ çox həssas məsələdir. Övladınızın nə ilə məşğul olduğunu mütləq araşdırın. Məktəbli uşaqlar elə bir yaşdadır ki, davamlı oynadığı mənfi oyunun fəsadları onun şüuraltında formalaşır və gələcəkdə həmin oyunun mənfi qəhrəmanına çevrilir. Zamanında edilməyən müdaxilə, təəssüflər olsun ki, sonra böyük fəlakətlərə səbəb olur.
Hazırda bizim məktəblilərin içərisində bəzisinin bu kimi sosial oyunları oynayanların olduğu qeyd olunur. Buna valideynlər xüsusi həssaslıq göstərməli, azyaşlıların mənfi aludəçilikdən uzaqlaşdırmağa səy göstərməlidir”.
Nigar İxtiyarqızı










