Tehranın Təbrizə yeni işi düşüb: Təriflər nə üçündür?

Tehranın Təbrizə yeni işi düşüb: Təriflər nə üçündür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan istər Səfəvilər dövründə olsun, istərsə də Qacarlar hakimiyyəti zamanı, sonra isə müasir dövrdə İranın dayağı, başının tacı olub. Azərbaycan sionistlərin oyunlarının qarşısını alan əsas gücdür”.

Tribuna.az xəbər verir ki, bu fikirlər Azərbaycan əleyhinə çıxışlar edən Səhər TV kanalı tərəfindən yayınlanıb.

Təbrizi Azərbaycanın ürəyi adlandıran və Güneydə yaşayan Azərbaycan türklərini tərifləyən kanal, onları “inqilabın dayağı” da adlandırıb.

Qeyd edək ki, İran mediası Güney Azərbaycan məsələsini qabardan zaman orada mümkün problemlərdən dolayı bu addımı atır. Yəni, azərbaycanlılar İrandakı rejimin əleyhinə çağırışlar edir və ya hansısa konkret addım atmağa çalışırlar. Belə olan halda, rejim mənsubları dərhal tərfə başlayıb, onların könlünü almağa cəhd edirlər.

Fərda Uğur