9 şagirdi öldürən uşağın atası: “Oğlumdan şikayətçiyəm”

9 şagirdi öldürən uşağın atası: “Oğlumdan şikayətçiyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş şəhərində ölkəni sarsıdan məktəb hücumu ilə bağlı məhkəmənin ilk iclası keçirilir.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 şagird və 1 müəllim həyatını itirmişdi.

Hücumla bağlı cinayət işi üzrə təqsirləndirilən İsa Aras Mersinlinin atası Uğur Mersinli məhkəmədə ifadə verib.

O, hadisə ilə bağlı bütün məsuliyyətin öz üzərinə qoyulmasının yanlış olduğunu bildirib.

U.Mersinli silahların oğurlandığını iddia edib.

“Hadisənin bütün riskinin mənim üzərimə yüklənməsi yanlışdır. Silahlar oğurlanıb. Oğlum haqqında oğurluq cinayəti ilə bağlı şikayətçiyəm və ondan şikayətçiyəm”, – deyə o bildirib.

Məhkəmədə iş üzrə digər təfərrüatların və tərəflərin ifadələrinin də dinlənilməsi gözlənilir.

Gülşən Rəsul