Türkiyədə son günlərin ən çox müzakirə olunan mövzularından biri olan narkotik istintaqında yeni detallar üzə çıxıb.
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun məşhur sənətçilərə qarşı apardığı narkotik araşdırması çərçivəsində məhkəmə-tibbi ekspertiza üçün qan və saç nümunələri götürülən şəxslərdən 8-nin test nəticəsinin müsbət olduğu bildirilib.
Məlumata görə, ekspertiza nəticələrində narkotik maddə istifadəsinə dair izlər aşkarlanan şəxslər bunlardır:
Kenan Doğulu
Enis Arıkan
Berdan Mardini
Ozan Doğulu
Yaşar İpek
Ali Efe Bezci
Oğuzhan Beker
Tolga Çam
Qeyd edək ki, istintaq çərçivəsində ümumilikdə 23 tanınmış şəxs saxlanılmışdı. Daha sonra onlar məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmış, ekspertiza üçün isə qan və saç nümunələri götürülmüşdü.
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun araşdırması davam edir.









