“2018-ci ildən bəri İlham Əliyev Paşinyanın səhvlərindən ustalıqla istifadə edib, istədiyinə nail oldu”.
Tribuna.az xəbər verir ki, bu sözləri Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakarya deyib.
O bildirib ki, Praqa razılaşması Azərbaycan Prezidenti İlham Əliyevə böyük bir hədiyyə idi. “Bunu heç Ərdoğan belə etməzdi”.
Zakaryan iddia edib ki, Qarabağ məsələsi bitdikdən sonra Əliyev və Paşinyan Zəngəzur dəhlizi məsələsinin reallaşmasına başlayıblar. “Bu gün də həmin proses gedir”.
Fərda Uğur









