“Yelo Bank”ın müştərilərinin nəzərinə: Avropa İttifaqı bankı sanksiya siyahısına saldı

“Yelo Bank”ın müştərilərinin nəzərinə: Avropa İttifaqı bankı sanksiya siyahısına saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar mərhələsini tətbiq edib.

Tribuna.az xəbər verir ki, siyahıda “Yelo Bank-Azərbaycan”ın da adı daxil edilib.

Yelo Bank-ın əsas sahibi tanınmış azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovdur. Bankın səhmlərinin böyük hissəsi (98.91%-i) Marina Kulişovaya məxsus olsa da, bank Vahid Ələkbərovun strukturuna aid edilir.

Yelo Bank (əvvəlki adı ilə “Nikoil Bank”) Azərbaycanın bank sektorunda fəaliyyət göstərən kommersiya bankıdır.

 

Azpost.info