Rusiya Prezidenti Vladimir Putin bildirib ki, beynəlxalq ictimaiyyət “erməni xalqına qarşı soyqırımı kimi vəhşiliyin təkrarlanmasının qarşısını almaq üçün səylərini birləşdirməlidir”.
Tribuna.az məlumat verir ki, Putinin Kremlin saytında yerləşdirilən nitqində deyilir: “Bu gün biz 20-ci əsrin ən dəhşətli faciələrindən birinin – yüz minlərlə erməni soyqırımının qurbanının xatirəsinə baş əyirik. Öldürülən, yaralanan və doğma şəhər və qəsəbələrindən qovulmuş müdafiəsiz, günahsız insanlara qarşı qəddar qisas bütün sivil dünyanı şoka saldı və onun fəlakətli nəticələri dini düşmənçiliyin, millətçiliyin və ksenofobiyanın qızışdırılmasının nəyə gətirib çıxardığını inandırıcı şəkildə göstərdi”.
Həsən Ağa









