Tatoyanın Qarabağ “proqramı” və Qərbi Azərbaycan düşmənçiliyi

Tatoyanın Qarabağ “proqramı” və Qərbi Azərbaycan düşmənçiliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz ermənilərin Qarabağ qayıtmaq hüququnu müdafiə edirik”.

Tribuna.az xəbər verir ki, bu bəyanatla Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın rəhbəri olduğu “Birlik qanadları” hərəkatı çıxış edib.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək seçkilərə qatılan hərəkatın proqramının əsasını məhz Qarabağ məsələsi tutur. Onlar bununla Xankəndiədn könüllü köçmüş ermənilərin səsələrini alaraq, parlamentə düşməyi hədəfləyirlər.

Bildirək ki, Tatoyan və komandası azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına köçün əleyhinədirlər. Elə bəyanatda da bunu aydın şəkildə qeyd ediblər. “Hüquqi sahədə azərbaycanlıların Ermənistana qayıtması məsələsi bağlanıb. 90-cı illərin əvvəllərində və ya daha əvvəl ölkəni tərk edən insanların müraciət edib Ermənistana qayıtmasına icazə verən heç bir beynəlxalq qurumun qərarı yoxdur”.

Fərda Uğur