“ABŞ hökuməti yadplanetlilərin mövcudluğunu göstərə biləcək məlumatlara malikdir”.
Tribuna.az xəbər verir ki, bu barədə “Fox News”a ABŞ Konqresinin üzvü Tim Burçett deyib.
“Biz (Konqres üzvləri) bu məlumatları çox görmüşük, mən də görmüşəm”, – o bildirib.
Burçett yadplanetlilərlə şəxsən görüşmədiyini və ya görmədiyini, amma qapalı brifinqlər zamanı ABŞ hökumət rəsmilərindən yadplanetli həyat formalarının mövcudluğunu göstərən foto və videolar da daxil olmaqla məlumatlar aldığını açıqlayıb.
Konqresmen qeyd edib ki, bir çox amerikalı pilot hansısa obyekt və ya cihazla qarşılaşmalarını təsvir edib. Burçett həmçinin yadplanetlilərin mövcudluğuna inanıb-inanmadığı soruşulduqda müsbət cavab verib.
Konqresmen qapalı brifinqlərdə gördüklərinə əsaslanaraq həmçinin söyləyib: “ABŞ hökumətinin yerdənkənar həyat formalarının mövcudluğuna dair dəlillərə sahib olduğunu etiraf etməsinin vaxtıdır”.
Tim Burçett bundan əvvəl ABŞ hakimiyyət orqanlarını gizlədəcək bir şeyləri yoxdursa, məxfi UNO məlumatlarını açıqlamağa çağırmışdı. Onun sözlərinə görə, Vaşinqton bu yöndəki araşdırmalara on milyonlarla dollar xərcləyir.









