2-ci Liqada 24-cü turun hakim təyinatları açıqlanıb.
Tribuna.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Misli Premyer Liqasının 28-ci turunda “Zirə” – “Neftçi” matçında verdiyi səhv qərarla yadda İnqilab Məmmədov da 2-ci liqa matçına təyinat alıb. Referi matçın son dəqiqələrində meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə almışdı.
O, “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun baş hakimi olacaq.
26 aprel (bazar)
“Ağstafa Gəncləri” – “Kür-Araz”
Hakimlər: Nahid Xasıyev, Tural Bayramov, Rizvan Süleymanov, Samir Hüseynov;
Ağstafa şəhər stadionu, 16:30.
“Dinamo” – “Şirvan”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Nəriman Ağayev;
Binə qəsəbə stadionu, 16:30.
27 aprel (bazar ertəsi)
“Araz Saatlı” – “Göygöl”
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Samir Musayev;
Saatlı OİK stadionu, 16:00.
“Sheki City” – “Ağdaş”
Hakimlər: Maqsud Şamıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Sərxan İsmayılov;
Zaqatala OİK stadionu, 16:30.
28 aprel (çərşənbə axşamı)
“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov;
Şamaxı OİK stadionu, 16:00.
“Şəmkir” – “Quba”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Alıyev;
Şəmkir OİK Stadionu, 16:30.









