YAXIN ŞƏRQ QAN İÇİNDƏ: İRAN BU ÖLKƏLƏRİ SAVAŞA CƏLB EDİR

YAXIN ŞƏRQ QAN İÇİNDƏ: İRAN BU ÖLKƏLƏRİ SAVAŞA CƏLB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin də HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatına qoşulması Yaxın Şərqi qan çanağına çevirəcək. Yəmən Silahlı Qüvvələrinin və husilərin “Hizbullah”dan sonra HƏMAS-a dəstək verməsi diqqət çəkir. Xüsusi ilə də bu dəstəyin məhz İsrailin Qəzzada başlatdığı quru əməliyyatından dərhal sonra baş tutması təsadüf deyil. Rəsmi Tehran Yəmən Silahlı Qüvvələri və husiləri prosesə cəlb etməkdə məqsədi var və bəzi şeylərə nail olmaq istəyir.

Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, Yəmənin paytaxtı Səna, Ədən körfəzi və Hind okeanına çıxışı olan başlıca məntəqələr üsyançı husilərin nəzarətindədir. İran Yəmənin geosiyasi mövqeyindən istifadə edərək İsrailin Hind okeanına, yəni dünya dəniz ticarətinin əsas yollarına çıxışının qarşısını almaq istəyir:

“İran məqsədyönlü şəkildə Yəmən Silahlı Qüvvələri və husiləri “Əl-Əqsa tufanı” əməliyyatına qoşulduğunu, Yəmənin İsrailə müharibəsi kimi dünya mətbuatına yansıtdı. Tehran bununla müharibəyə digər ərəb ölkələrini də cəlb etmək, növbəti bir Ərəb-İsrail müharibəsini çıxartmaq istəyir. İstisna deyil ki, Tehran bu məqsədlə Suriya, İraq və Livanı da müharibəyə cəlb etməyə çalışır. Mümkündür ki, İraqdakı “Həşdi Şabi” qruplaşması da yaxın zamanlarda prosesə qoşulduğunu elan edəcək.

İran HƏMAS-İsrail müharibəsinin uzanmasında, rəsmi Təl-Əvivin resurslarının tükətməsində və ciddi itkilər verməsində maraqlıdır. Bununla İran uranı zənginləşdirib, nüvə silahını əldə etmək, habelə İsrail təhdidini üzərindən uzaqlaşdırmaq istəyir”.