“Baku Electronics”in sığorta təklifinə aldanmayın  – Şikayət

“Baku Electronics”in sığorta təklifinə aldanmayın – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Electronics” mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb.

Tribuna.az xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib.

O bildirib ki, mağazadan aldığı “Motorola” markalı telefon artıq iki aya yaxındır servis mərkəzindədir.

Şikayətçinin sözlərinə görə, servis telefonu zavoddan ehtiyat hissəsinin gəlməsini gözləyir.

O.Əbilov qeyd edib ki, telefonda bank tətbiqləri olub və telefonun uzun müddət servisdə qalması onun kredit ödənişlərinə də problem yaradıb:

“Telefonda bütün bank app-ləri var. Kreditlərin hamısı gecikməyə düşüb.

Heyf başqa ölkədə deyilik, yoxsa yüksək məbləğdə təzminat ala bilərdim”.

Şikayətçi mağazadan məhsul alarkən sığorta təklifinin qəbul edilməməsini tövsiyə edib və sığortanın aylıq ödənişinin az məbləğdə göstərilməsinə diqqət çəkib.

Qeyd edək ki, sözügedən iddialarla bağlı “Baku Electronics”in mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul