Yapon milyarderdən ŞOK YARIŞMA: 9 milyard dollar…

Yapon milyarderdən ŞOK YARIŞMA: 9 milyard dollar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyalı milyarder Yusaku Maezava dünyada gündəm yaradan qərar verib.

Milyarder pulun insanları xoşbəxt edib-etmədiyini yoxlamaq üçün sosial sınaq keçirib.

O, tvitter hesabındakı min izləyicisinə 9 milyard dollardan çox pul paylayacaq.

Yarışma artıq 7 yanvarda bitib. Lakin mükafatlar hələ təqdim olunmayıb. Yarışın yeganə şərti isə milyarderin tvitini retvit etmək və pulu aldıqdan sonra hislərini ifadə edən video çəkmək olub. Sosial sınağa 4 milyondan çox insan qatılıb. Qaliblərin 2-3 gün ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Yusaku Maezava tez-tez belə yarışlar keçirir. O, 2017-ci ildə 1 ədəd Yan-Maykl Baskuit rəsminə 111 milyon dollar verməsilə gündəmə gəlmişdi.