Xəbər verdiyimiz kimi, jurnalist, “Xural TV”nin rəhbəri Əvəz Zeynallı ötən gün vəfat edib. Mərhum jurnalist bu gün Kürdəxanı qəbiristanlığında torpağa tapşırılıb.
Tribuna.az-ın “Unikal”a istinadən məlumatına görə, Əvəz Zeynallının ailəsi şad günə hazırlaşırmış.
Belə ki, mərhum jurnalistin qızı Selcan Zeynallının oktyabrın 10-da nişan mərasiminin keçirilməsi planlaşdırılıbmış. Lakin atasının vəfatından sonra mərasim təxirə salınıb.
Qeyd edək ki, S.Zeynallı qrup yoldaşı ilə ailə həyatı qurmağa hazırlaşır.









