Hakopyan: “Gürcüstan və Ermənistan Bakıdan asılı ölkəyə çveriləcək

Hakopyan: “Gürcüstan və Ermənistan Bakıdan asılı ölkəyə çveriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son Qarabağ müharibəsindən sonra Azərbaycanın mövqelərinin kəskin şəkildə möhkəmlənməsi və Zəngəzur dəhlizinin işə salınmasından sonra Azərbaycanın Gürcüstandan asılılığının əhəmiyyətli dərəcədə azalacaq”.

Tribuna.az xəbər verir ki, bunu erməni ekspert Artak Hakobyan deyib.

Onun sözlərinə görə, bu proses regionda köklü dəyişikliklərə səbəb olacaq.

Hakopyan hesab edir ki, Paşinyanın siyasəti nəticəsində Azərbaycan regionda mərkəzi və aparıcı ölkəyə çevrilir. O qeyd edib ki, gürcülər də bundan ciddi narahatdırlar. “Çünki nəticə etibarı ilə Ermənistan və Gürcüstan Bakıdan asılı və törəmə ölkələrə çevriləcək. Bu da uzunmüddətli nəticələrə səbəb olacaq”.

Fərda Uğur