Revanşistlər estafeti QHT və separatçılara verdilər

Revanşistlər estafeti QHT və separatçılara verdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Bakıda həbsdə olan hərbi cinayətkarların məsələsi yenidən aktuallaşıb.

Tribuna.az xəbər verir ki, əvvəlcə revanşist siyasi partiyalar bu mövzunbu qabardaraq, daha sonra estafeti QHT-lərə və separatçılara veriblər.

Belə ki, “Sərhədsiz hüquqular” adlı QHT-nin rəhbəri Nairi Simonyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla bu mövzuda müzakirələri intensivləşdirməlidir. Onun sözlərinə görə, Bakıda saxlanılan cinayətkarlarla görüş üçün BQXC-nin imkanlarından geniş istifadə olunmalıdır.

Separatçı Metakse Hakobyan isə deyib ki, bumövzu prioritet olmalıdır. “Bakıdakı ermənilərin qaytarılması ikinci dərəcəli humanitar məsələ hesab edilə bilməz, bu, prioritet məsələdir”.

Fərda Uğur