Filmdə baş rol oynadılar, eyni gündə öldülər – Foto

Filmdə baş rol oynadılar, eyni gündə öldülər – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyni filmdə baş rolu oynayan aktyorlar 9 il fərqlə eyni gün vəfat etdi

Məşhur aktyor Serhat Kılıçın vəfatından sonra onun illər əvvəl birlikdə baş rolu paylaşdığı Con Nyambi ilə bağlı diqqətçəkən detal ortaya çıxıb.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2015-ci ildə ekranlara çıxan “Robinson Crusoe və Cümə” filmində baş rolları canlandıran iki aktyor 9 il fərqlə eyni təqvim günündə dünyasını dəyişib.

Filmdə Cümə obrazını canlandıran Malavi əsilli Con Nyambi 5 sentyabr 2017-ci ildə böyrək çatışmazlığı səbəbindən 24 yaşında vəfat edib.

Eyni filmdə Robinson Crusoe obrazını canlandıran Serhat Kılıç isə 9 il sonra, yenə sentyabrın 5-də həyatını itirib.

Bu kədərli təsadüf Kılıçın anım mərasimindən sonra sənətsevərlərin diqqətini çəkib. İki aktyorun birlikdə rol aldığı “Robinson Crusoe və Cümə” filmi də illər sonra yenidən gündəmə gəlib.

Gülşən Rəsul