Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Tribuna.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.









