Xocavənddə mina partlayıb, xəsarət alan var

Xocavənddə mina partlayıb, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayıb.

Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

“Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, – ANAMA-dan bildirilib.