“İranın ali rəhbəri Müctəba Xameneyi üç il əvvəl atasının ofisindən uzaqlaşdırılmışdı”.
Tribuna.az xəbər verir ki, bunu İran Hizbullahının baş katibi Məhəmmədbağır Xərrazi deyib.
O bildirib ki, həmin vaxt Müctəba Xamineyi həmin vəzifədə qalsaydı, onu öldürmək istəyən şəxslər olardı.
Xərrazi daha bir mətləbin üzərini də açıb. O deyib ki, İranın keçmiş prezidenti İbrahim Rəisi öldürülüb. “İranın keçmiş prezidenti İbrahim Rəisi də dini lider olmaq fikrinə düşmüşdü. Elə ona görə də, aradan götürüldü”.
Fərda Uğur









