İranın mərhum ali dini lideri Əli Xamenei Məşhəddə dəfn ediləcək.
Tribuna.az xəbər verir ki, bu barədə Xorasan-e-Rəzəvi əyalətinin valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavini açıqlama verib.
Qeyd olunur ki, İslam Respublikasının öldürülmüş rəhbəri Əli Xameneinin dəfn mərasimi Tehrandan başlayacaq, sonra Quma köçürüləcək və 3-cü gün Məşhəddə daha bir günlük mərasimdən sonra torpağa tapşırılacaq.
İran mediasının yaydığı məlumata görə, Əli Xameneinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.
Qeyd edək ki, İranın ikinci ali rəhbəri Əli Xameneyi 2026-cı il fevralın 28-də ABŞ və İsrailin ilk hava hücumları dalğasında ailə üzvləri və hökumətin bir sıra yüksək rütbəli siyasi və hərbi rəsmiləri ilə birlikdə öldürülüb.









