Asif həkim uşaqlara şua verən tək həkim idi.
Tribuna.az xəbər verir ki, bu sözləri özəl klinikalardan birinin həkimi Toğrul Cavadov yazıb. O bildirib ki, hər ölüm və ağırlaşmada həkimi günahlandırmağın nəticəsidir bu:
“Əziz media, əziz xalq nəhayət bacardınız. Bir doktor bu gün güllələndi. Hər ölümdə, hər ağırlaşmada həkim səhvi deyərək həkimləri hədəf göstərməyin nəticəsidir bu.
Asif doktor uşaqlara şua verən tək həkim idi. Artıq uşaqlarımıza kim şua verəcək? Heç düşünüzmü? Məncə düşünməyin belə.
Zərrə düşüncəsi olan insan sağlamlığının keşiyində duran həkimləri bu qədər hədəfə qoymazdı.
Allah Asifə şəfa versin”.
Qeyd edək ki, dünən Milli Onkologiya Mərkəzində xərçəng xəstəliyindən əziyyət çəkən xəstə müalicə aldığı otaqda qumbara partladıb.
Məlumata görə xəstə qumbaranı həkim onun yaxınlığında olarkən açıb. Xəstə dünyasını dəyişib, həkim isə ağır yaralanıb.
Gülşən Rəsul










