Uşaqpulu ilə bağlı dəyirmi masa qurulsun  – Hökumətə TƏKLİF

Uşaqpulu ilə bağlı dəyirmi masa qurulsun – Hökumətə TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaqpulu verilməsi mümkündür. Məncə, bu məsələ hökumət üzvləri ilə iqtisadçıların dəyirmi masasında müzakirə oluna bilər. Yəni cəmiyyətdən bu çağırışlar və sosial sifariş varsa, məsələyə aqressiv reaksiya verməkdənsə, əhalini qıcıqlandırmaqdansa, müzakirə aparılması yaxşıdır. Bu zaman tərəflər öz arqumentlərini ortaya qoya və əsaslandıra bilər”.

Bu fikirləri Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, dünyanın əksər ölkələri, qonşu dövlətlər və inkişaf etmiş respublikalar uşaqpulu verir:

“Azərbaycanda uşaqpulu əvəzinə ünvanlı sosial yardım proqramı həyata keçirilir. Amma bu fərqli dəstəkdir və müavinətdir. Yəni bütün təbəqələri əhatə etmir. Ona görə uşaqpulu müzakirəsi zəruridir. Məncə, dialoq, təklifləri eşitmək daha sivil yoldur. Biz danışmaqla problemləri həll edə bilərik”.

Gülşən Rəsul