Körpə və uşaqlar üçün 0-5 yaş arasında sink çox önəmli rol oynayır. Əksər uşaqlar indi sink çatışmazlığından əziyyət çəkir. Tez-tez təkrarlanan infeksiyalar və immun sisteminin zəif olmasının sink çatışmazlığından qaynaqlandığını valideynlər bilməlidir.
Tribuna.az xəbər verir ki, bu barədə danışan pediatr Nigar Süleymanova bildirib ki, sink çatışmazlığı daha aşağı yaşlı uşaqlarda ciddi problemlərə səbəb ola bilir:
“0-2 yaş arası körpələrdə ishal ən çox yayılan simptomlardandır. Erkən yaşlarda baş verən sink əksikliyi bağırsaq pozğunluğuna yol aça bilir. Uşaqlarda davranış pozğunluqları, böyümə geriliyi, dəri problemləri, gec sağalan yaralar, iy və dad bilmədə yaranan pozğunluqlar ən çox sink çatışmazlığı zamanı görülür. Buna görə həkim təyinatına əsasən xüsusən ət və ət məhsulları yeməyən uşaqlara sink preparatları təyin edilməsi tövsiyyə olunur”.









