Rusiya bazar ertəsindən çərşənbə axşamına keçən gecə Ukraynaya təxminən 166 hücum dronu atıb.
Tribuna.az “LeMonde.fr”ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Xəbərə görə, səhər saat 8:00-da (Paris vaxtı ilə səhər saat 7:00-da) hava hücumundan müdafiə qüvvələri 146 Rusiya dronunu vurub və ya zərərsizləşdirib.
Bundan başqa, Rusiyanın Voronej vilayətindən də iki idarə olunan hava raketi atılıb. Rusiya Müdafiə Nazirliyi öz növbəsində gecə ərzində 140 Ukrayna hava dronunu tutub məhv etdiyini iddia edib .









