Türkiyəli aktrisa Hande Erçel anasının ölüm ildönümünü gülərək qeyd edib. Onun bu hərəkəti izləyiciləri tərəfindən bəyənilməyib.
Tribuna.az xəbər verir ki, aktrisa 2019-cu ildə dünyasını dəyişən anası ilə bağlı payşalım edib. Anasının ölüm günündə isti ölkələrin birində istorahət edən Erçəl oradan çəkil paylaşıb. O, ürəkdən gülümsəyərək üzərində ingilis dilində “ana, mən yaxşıyam” sözləri yazılmış pankart qaldırıb.
Bu anları duyğusal bir mesajla paylaşan H.Erçelin paylaşımı çox bəyənilsə də, izləyiciləri onun belə gündə ürəkdən gülməsini tənqid ediblər.









