Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.

 Tribuna.az xəbər verir ki, ötən günün nəticələrinə görə “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,27 ABŞ dolları və ya 3,5% azalaraq 118,22 ABŞ dolları olub. Bundan əvvəl Azərbaycan nefti 122,49 ABŞ dollarına ticarət edilmişdi.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 119,09 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,23 ABŞ dolları və ya 3,66 % azalaraq 111,45 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.