Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” aviaşirkətinə məxsus, Dubaydan Təl-Əvivə uçan və qaçırılma siqnalı verən sərnişin təyyarəsi Səudiyyə Ərəbistanının Tabuk şəhərindəki hava limanına enib.
Tribuna.az xəbər verir ki, bu barədə TASS agentliyinə Yaxın Şərqin hava hərəkətini idarəetmə xidmətlərindəki mənbə məlumat verib.
Təfərrüatları açıqlamayan həmsöhbət “Bort Səudiyyə Ərəbistanının Tabuk şəhərinin hava limanında eniş edib”, – deyə bildirib.
Hadisədən əvvəl İsrail televiziyasının 12-ci kanalı “Flydubai” şirkətinin Dubay–Təl-Əviv reysini yerinə yetirən laynerinin qaçırılma siqnalı verdiyi barədə məlumat yayıb.
“The Jerusalem Post” nəşri isə bildirib ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib, qaçırılma kodu aktivləşdirilib.









