Turizm Agentliyinin “sevimli” şirkəti daha bir Agentliyin tenderinin qalibi olub

Turizm Agentliyinin “sevimli” şirkəti daha bir Agentliyin tenderinin qalibi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) keçirdiyi tenderin qalibini açıqlayıb.

Tribuna.az xəbər verir ki, yeni tenderin qalibi “VATA” MMC olub.

Məlumatda qeyd edilir ki, sözügedən şirkət Agentliyin regionlarda keçiriləcək tədbirlərin təşkili xidmətini həyata keçirəcək. Bunun müqabilində isə 132 min 101 manat ödəniş alacaq.

Xatırladaq ki, “VATA” MMC əsasən Dövlət Turizm Agentliyinin (DTA) tenderlərinin qalibi kimi ad çıxarıb. Hətta bu səbəbdən onu “DTA-nın sevimli şirkəti” olaraq açıq mənbələrdə təqdim edirlər.

Fərda Uğur