Tural Abbaslıdan Rövşən Rüstəmova SƏRT sözlər: Bu qiymətlər biabırçılıqdır

 Tural Abbaslıdan Rövşən Rüstəmova SƏRT sözlər: Bu qiymətlər biabırçılıqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADY-nin müəyyən etdiyi bu qiymətlər sadəcə biabırçılıqdır. Müəyyən edilən 81 manat hələ kupe qiymətidir. Qiymət müəyyən edilərkən heç nə nəzərə alınmır. ADY rəhbəri fikirləşib ki, onsuz da 300-400 manat verib təyyarə ilə gedirsilərsə, qatara da 81 manat ödəyərlər.

Bu sözləri Tribuna.az-a AĞ Partiyanın başqanı Tural Abbaslı 26 may tarixində yola düşəcək Bakı-Tiflis-Bakı qatar bilet qiymətləri ilə bağlı danışarkən deyib. Partiya sədri bildirib ki, müəyyən edilən qiymətlər ağılasığmazdır və heç kəs nəzərə alınmadan belə qiymət müəyyənləşdirilib:

“Son illər ölkədə ümumiyyətlə qiymətlərin müəyyənləşdirilməsi mexanizmi demək olar ki, yoxdur. Kim necə istəyir, elə də qiymət qoyur. İllərlə biz bu qatarlarla yol getmişik. O zaman da qiymətlər 25-30 manat idi.
İndi qiymətlər müəyyənləşdirilərkən böyük ehtimalla ADY rəhbərliyi təyyarə biletlərinə əsasən hesablama aparıb. Yəqin yeni rəhbər düşünür ki, insanlar 300-400 manat verib təyyarə ilə Tiflisə gedirdilərsə, onlar üçün indi 81 manatı ödəmək də çətin olmaz. Qiymətlərdən onu anlamaq olur ki, bunu təyyarə biletləri ilə müqayisə edərək müəyyənləşiriblər. Çünki yolun uzunluğu, gedəcəyi yer məlumdur. Bu qiymətlər bəs haradan çıxdı?. Əvvəl də bu yolu getmişik, ancaq belə absurd qiymət olmayıb axı. Aydındır ki, müəyyən bahalaşma ola bilər. Ancaq bu qədər də yox.
Bizdə hər şeyi vətəndaşın özünə yükləmək texnologiyası var. Yaxşı bilirlər ki, vətəndaş bu qiymətə narazı da olsa, etiraz etməyəcək, çünki alternativ yol da yoxdur.
Qorxun ki, yaxın 5-6 ay ərzində bu 81 manat 100 manat olsun”.

Nigar İxtiyarqızı