“Toyota” yoldan çıxaraq supermarketə girdi – VİDEO

“Toyota” yoldan çıxaraq supermarketə girdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində ağır qəza olub.

Tribuna.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarında “Toyota” markalı 90-YK-749 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq supermarketə çırpılıb.

Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirilib. Avtomobil isə yararsız hala düşüb.