Tiflisə qatarla bu qiymətə GEDƏCƏYİK – RƏSMİ

Tiflisə qatarla bu qiymətə GEDƏCƏYİK – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq.

 Tribuna.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, marşrut üzrə səfərlər müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.

2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.