Elm və Təhsil Nazirliyi (ETN) yaxın günlərdə daha bir tenderinin nəticəsini açıqlayacaq.
Tribuna.az xəbər verir ki, bu dəfə nazirliyin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin istəyi yerinə gətiriləcək.
Belə ki, sözügedən qurum elektron xidmətlərdən istifadə edən vətəndaşlara ismarıcların göndərilməsi xidmətini satın almağı planlaşdırır. Elan edilmiş tenderin şərtlərində qeyd edilir ki, bu məqsədlə onlara 7 milyon SMS lazım olacaq. Həmin sayda SMS-i almaq üçün isə 262 min 668 manat təklif olunur. Bu isə bir SMS-in təxminən 4 qəpiyə yaxın olacağı deməkdir.
Fərda Uğur









