Tbilisini su basdı – VİDEO

Tbilisini su basdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisiyə yağan güclü yağışlar bir sıra problemlərə səbəb olub.

Tribuna.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, intensiv yağıntılar səbəbindən küçələr, zirzəmilər və bir neçə metro stansiyası su altında qalıb.

Şəhərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb, bir çox yollarda nəqliyyatın hərəkəti iflic olub. Böyük həcmdə yağıntının öhdəsindən gələ bilməyən kanalizasiya xətləri daşıb.

Şəhərin Saburtalo rayonunda qaz kəməri zədələnib, nəticədə ətraf ərazidə yaşayan sakinlər təxliyə ediliblər.