Türkiyədə lentə alınmış maraqlı görüntülər sosial şəbəkələrdə təbəssümlə qarşılanıb.
TİA.AZ xəbər verir ki, yanacaqdoldurma məntəqəsinə motosikletlə daxil olan gənc mühərriki söndürmədən ondan uzaqlaşıb, mağazaya girib.
Öz-özünə hərəkətə gələn motosiklet öncə qarşısındakı avtomobilə çırpılıb, daha sonra dairələr cızaraq ətrafa zərər verməyə başlayıb.









