Rusiya qoşunları cəbhə xəttində Starlink terminallarının bloklanması səbəbindən ciddi problemlərlə üzləşib. Bu, qoşunların idarə olunmasında nasazlıqlara və hücum əməliyyatlarının qismən dayandırılmasına gətirib çıxarıb.
Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin texnoloji istiqamətlər üzrə rəhbərinin müşaviri Sergey Beskrestnov məlumat verib.
Onun sözlərinə görə, bəzi sahələrdə qoşunların idarə edilməsi faktiki olaraq iflic vəziyyətinə düşüb. Ukrayna bölmələrində isə çətinliklər yalnız vaxtında şəxsi Starlink terminalları üçün siyahı təqdim etməyən hissələrdə yaşanıb. Hazırda bu terminalların qeydiyyatı prosesi davam edir.
İmran Kərimli









