Somalidən Azərbaycana ət gətirilir? – AÇIQLAMA

Somalidən Azərbaycana ət gətirilir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.

Tribuna.az  xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə heyətinin sədri Əli Nəbiyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, yalnız Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:

Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il ölkəmizə qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. O qeyd edib ki, bu ət məhsulları qurban ətləri olub və ölkəyə humanitar məqsədlə gətirilib”.

Qeyd edək ki, son dövrlər mediada Somalidən Azərbaycana ət gətirildiyi barədə xəbərlər yayılıb.