“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin yekununa həsr olunan tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Birinci mərhələnin 8 çalışmasının yekununda fərdi birincilik müəyyənləşdirilib.Birinci yerə layiq görülən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sonda müsabiqədə iştirak edən komandaların heyəti səhnəyə dəvət olunub və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.









