Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin görüşündə iqtisadi əlaqələrin genişləndirilməsi və qeyri-neft sektorunda əməkdaşlığın dərinləşdirilməsi əsas müzakirə mövzularından olub.
Tribuna.az xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 42,6 milyon dollar təşkil edib. Bunun 41,9 milyon dolları Slovakiyadan idxalın, təxminən 700 min dolları isə Azərbaycanın ixracının payına düşüb.
Deputat bildirib ki, Slovakiyadan əsasən minik avtomobilləri, mərkəzi istilik qazanları, elektrik avtomobilləri, diş təmizləmə vasitələri və kağız-karton məhsulları idxal olunur.
Azərbaycanın Slovakiyaya ixracında isə 1500-3000 kub sm mühərrikli minik avtomobilləri əsas yer tutur. Ötən il bu ölkəyə 47 ədəd avtomobil satılıb və onların ümumi dəyəri 540 min dollar olub.
Bundan başqa, Azərbaycan Slovakiyaya meyvə şirələri, araq və digər qida məhsulları ixrac edir.
Vüqar Bayramov qeyd edib ki, qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın və ticarət dövriyyəsinin daha da artmasına təkan verə bilər.
Gülşən Rəsul









