ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona-ARAŞDIRMA

ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona-ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi (ETN) əvvəllər də birgə iş görüdüyü şirkətlə yenidən anlaşıb.

Tribuna.az xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi keçirdiyi son tenderin nəticəsini açıqlayıb.

Məlumatda qeyd edilir ki, nazirlik ölkə üzrə ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması reallaşdıracaq. Bununla bağlı, “S.H. İNŞAAT XİDMƏTİ” MMC tenderin qalibi olub. Tərəflər işlərin görülməsi üçün 3 milyon 779 min 555 manatlıq müqavilə bağlayıblar.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığıa araşdırma zamanı məlum olub ki, “S.H. İNŞAAT XİDMƏTİ” MMC ETN üçün “yad şirkət” deyil. Belə ki, MMC 2024-cü ildən bəri nazirliyin 6 tenderinin qalibi olub.

Ötən ilin dekabrında tərəflər ölkə üzrə bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri üçün 9 milyon 226 min 796 manata anlaşıblar.

Ötən ilin oktyabrında ölkənin bir sıra təhsil müəssisələrinin təmiri və abadlıq işlərinin görülməsi üçün isə ETN-lə “S.H. İNŞAAT XİDMƏTİ” 8 milyon 777 min 208 manatlıq müqavilə bağlayıblar.

Bundan başqa, MMC ilə nazirlik İqtisadi Zonaların İnkişafı Agentliyinin “Sumqayıt Kimya Sənaye Parkı”nın Peşə Təhsil mərkəzinin inzibati-tədris binasının, Sənaye Parkları və Sənaye Məhəlləsində olan bina və qurğuların cari təmirinə görə, 4 milyon 26 min 680 manatlıq, bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsi üçün 8 milyon 95 min 862 manata və təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınmasına görə 3 milyon 492 min 100 manata razılaşıblar.

Xatırladaq ki, “S.H. İNŞAAT XİDМƏTİ” MMC 2011-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Səməd Heydərovdur. Müəssisə müxtəlif dövlət qurumlarının elan etdiyi tikinti, təmir və tenderlərin qalibi kimi tanınır.

Fərda Uğur