Vaşinqton TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində İranın narahatlıqlarını azaltmaq üçün Tehrana ABŞ hərbi və ya təhlükəsizlik qüvvələrinin İranla sərhəd ərazilərdə yerləşdirilməyəcəyinə dair zəmanət verə bilər”.
Tribuna.az xəbər verir ki, bu fikirləri “Middle East Institute”nin analitiki Aleks Vatanka səsləndirib.
O qeyd edib ki, İranın Zəngəzur layihəsi ilə bağlı narahatlıqları ABŞ-nin Cənubi Qafqazda artan iştirakı, Türkiyənin regional rolunun güclənməsi və İsrail-Azərbaycan təhlükəsizlik əlaqələri ilə bağlı daha geniş geosiyasi narahatlıqların bir hissəsidir. “Tehran bunları ABŞ-nin İranı regional mühasirəyə almaq siyasətinin elementləri kimi qəbul edə bilər”.
Vatanka bildirib ki, Ermənistan və Azərbaycan İranın razılığı olmadan ABŞ və ya digər ölkələrlə bu layihə üzrə razılaşmalar imzalaya, ABŞ isə İranın razılığı olmadan infrastrukturun maliyyələşdirilməsində və idarə olunmasında iştirak edə bilər.
Fərda Uğur









