Davtyan: “Ermənistan enerji məsləsində Azərbaycandan asılı düşə bilər”

Davtyan: “Ermənistan enerji məsləsində Azərbaycandan asılı düşə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev bəyan edir ki, Ermənistanın atom elektrik stansiyası istismardan çıxarılmalıdır”.

Tribuna.az xəbər verir ki, bu fikri enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan səsləndirib.

O qeyd edib ki, bu açıqlamadan sonra Paşinyan Ermənistanda süni intellekt infrastrukturunun inkişafının elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artıracağını və hətta elektrik enerjisi çatışmazlığının yarana biləcəyini açıqladı. “Bu enerjili “stolüstü tennis”in ən xarakterik təzahürü Laçında keçirilən Ermənistan və Azərbaycanın sektor idarələrinin nümayəndələrinin görüşü oldu. Gündəlikdə Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində enerji infrastrukturunun birləşdirilməsi variantları var idi. Regional inteqrasiya adı altında Ermənistanın yeni asılılığı belə formalaşır”.

Fərda Uğur