Serial qalmaqalı: Kənan MM – Aqil M. Quliyev qarşı-qarşıya

Serial qalmaqalı: Kənan MM – Aqil M. Quliyev qarşı-qarşıya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Televiziyada yayımlanmağa başlayan “Ata və qızları” adlı yeni serial sosial şəbəkələrdə müzakirələr yaradıb.

Tribuna.az xəbər verir ki, serialın süjetinə görə, ata həbsdən azad olunduqdan sonra övladlarına özünün günahsız yerə tutulduğunu sübut etməyə çalışır.

Mövzu ilə bağlı rejissor və ssenarist Kənan MM sosial şəbəkədə paylaşım edərək və rejissor Aqil M Quliyevi də etiketləyərək bildirib ki, oxşar süjetin daha əvvəl ARB TV üçün çəkiv.

Onun sözlərinə görə, “Günahsız Günahkar” adlı və 80 bölümdən ibarət serialda da eyni mövzu işlənib.

Kənan MM qeyd edib ki, İctimai TV ilə əlaqəsi olan şəxslər bu məsələyə aydınlıq gətirə bilər.

Məsələ ilə bağlı hələlik İctimai TV tərəfindən rəsmi açıqlama verilməyib.

Dəniz Pənahova