Sentyabr ayında Azərbaycanda vətəndaşlar ümumilikdə 8 gün istirahət edəcəklər.
Tribuna.az xəbər verir ki, ay ərzində qeyri-iş günləri yalnız şənbə və bazar günlərinə təsadüf edir. Bu səbəbdən sentyabrda əlavə bayram və ya digər rəsmi istirahət günü nəzərdə tutulmayıb.
Beləliklə, sentyabr ayında ümumilikdə 22 iş günü olacaq, 8 gün isə həftəsonu ilə əlaqədar qeyri-iş günü hesab ediləcək.
Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Lakin bu tarix qanunvericiliyə əsasən iş günü hesab edilir.









