DSMF daha bir ofis üçün 860 min ödəyib

DSMF daha bir ofis üçün 860 min ödəyib 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən Dövlət Sosial Müdafiə Fondu (DSMF) 3 ayrı filialı üçün ofis icarəyə götürüb.

Tribuna.az xəbər verir ki, “Grand Hotel” və Prezidentin mühafizə xidmətinin sabiq ərisi Bəylər Əyyubovun bacısından götürülən icarə prosesinə bu gün daha biri əlavə olunub.

Belə ki, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürülüb. Sözügedən obyektin sahibi Amil Qinyaz oğlu Bayramovun olduğu qeyd edilir. Tərəflər 18 ay müddətinə icarə haqqı üçün 863 min 280 manata anlaşıblar.
Açıq mənbələrdə qeyd edilir ki, Amil Qinyaz oğlu Bayramov sahibkar və fiziki şəxsdir (VÖEN: 1003009142). O, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə bağladığı çoxmilyonluq qeyri-yaşayış sahələrinin icarəsi müqavilələri ilə ictimaiyyətdə tanınır.
Bildirilir ki, 2024-cü ildə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün 3 000 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə 1 188 000 manata (aylıq 49 500 manat) icarəyə verib. Bundan əvvəl, 2021-ci ildə də DSMF ilə yarım milyon manat dəyərində oxşar icarə müqaviləsi bağlayıb.
Açıq mənbələrdə və peşəkar şəbəkələrdə (məsələn, LinkedIn) onun Sea Breeze layihəsindəki “Lighthouse Mall” kimi müxtəlif kommersiya və idarəçilik sahələrində də fəaliyyət göstərdiyi qeyd olunur.
Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur