“Səbəb valideynlərdir” – Hüquq müdafiəçisi lisey CİNAYƏTİNDƏN DANIŞDI

“Səbəb valideynlərdir” – Hüquq müdafiəçisi lisey CİNAYƏTİNDƏN DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaqların bu qədər aqressiv olmasının səbəbi valideynlərdir. Valideynlərin hərəkət və davranışı, onların ətrafı, uşaqlarla rəftarı bir başa onlara, tərbiyəsinə təsir edir. Məktəblinin atdığı güllə müəlliminə olan aqressiyasından irəli gəlmir, əslində, o güllə müəllimə tuşlanmayıb. Ailənin içində baş verən hadisələr uşaqları o həddə çatdırır”.

Bu sözləri Tribuna.az-a Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. K.Ağazadənin sözlərinə görə, uşaqlarla bağlı yaşanan bütün hadisələrin kökündə onların aldığı tərbiyənin rolu böyükdür: “Bu uşaqlar birinci növbədə tərbiyəni evdə alır, evdə görür, evdə öyrənir. Valideyn necə rəftar edirsə, uşaqla münasibəti necədirsə uşaq da buna adekvat formada qarşılıq verir. Uşağın danışığı, rəftarı, hərəkəti – valideynin eynisidir. Sonra uşaq elə o münasibətə uyğun dostluqlar qurur. 12 yaşlı uşağın əlinə bıçaq verən hansı səbəb ola bilər? Tərbiyəsində problem olan, aqressiv böyüyən uşaqların təəssüf ki, aqressiyasını çıxarma forması bir çox hallarda belə olur.
Uşaqları aqressiv edən digər səbəblər isə sosial şəbəkələr, telefon oyunlarıdır. Sosiallaşmayan uşaq əlbəttə telefon oyunlarına can atacaq. Nəzarətsizlik də onun daha pis nöqtələrə aparacaq. Bütün bunlara görə biz bu gün belə hadisələrə şahid oluruq”.
Liseydə müəllimin 10-cu sinif şagirdi tərəfindən güllələnməsindən də danışan K.Ağazadə bildirib ki, uşaqların əlinə silah alması səbəbsiz deyil: “Hər birimizin evində bıçaq var, silah da ola bilər, dərman da ola bilər. Hər uşaq bunları götürüb evdən çıxmır axı. O uşağın silahı əlinə götürən səbəblər var. Məktəblinin əlinə aldığı silahın səbəbkarı müəllimlə arasında olan konflikti deyil. O ailənin içində baş verən hadisələr uşağın əlinə silah almasına səbəb olub, onu aqressivləşdirib və o bu aqressiyasını müəllimin üstünə tökdü”.

Nigar İxtiyarqızı