Səbail rayonu, Badamdar ərazisində gecə saaglarında aparılan tikinti sakinlərin narazılığına səbəb olub.
Tribuna.az xəbər verir ki, bu barədə Əvəz Vəliyev adlı şəxs yazıb. O bildirib ki, gecələr aparılan işlər narahatlıq yaradır:
“Gecə saat 00:55-də Tofiq Məmmədov 1 ünvanından söküntü işləri gedir. Narazılığlmıza da bildirmişik. Deyirlər gedin hara istəyirsiniz şikayət edin.
Söküntü gedir hal-hazırda da. 3 gündür başlayıblar. Rahatlığımız yoxdur”.
Sakinlər söküntünün kimlər tərəfindən aparıldığını bilmir. Onlar hesab edir ki, tikinti qanunsiz formada aparılır.
Onlar gecə sakinlərə narahatlıq yaradan işlərlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə də müraciət etməyi planlaşdırırlar.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









